Siyov kəndində sakinlərin müraciət və təklifləri dinlənilib
Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov Siyov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Siyov, Hovil, Akuşəpeştə, Qılqılov və Xəlifəhoni kəndlərinin sakinləri ilə səyyar qəbul keçirib.
Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və qanunamüvafiq qaydada həlli tədbirlərini müəyyən etməkdir.
Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib. Sakinlər su təchizatının yaxşılaşdırılması, yolların təmiri, təbii qaz xəttinin çəkilişi, elektrik təsərrüfatının yenilənməsi və digər müraciətlər səsləndiriblər.
Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov kənd sakinlərini narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.