Şivlə və Çeşman kəndlərində səyyar qəbul keçirilib
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov 09 sentyabr 2026-cı il tarixində növbəti səyyar qəbulunu Şivlə və Çeşman kəndlərində keçirib. Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri, Züvüc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Çeşman, Züvüc, Zövnə, Arta və Osyodərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Şivlə, Osyodərə, Biləvər, Bülüdül, Geskon, Gəndov, Xanəgah, Kekonu kəndlərinin sakinləri iştirak edib.
Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq vətəndaşların səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və qanunamüvafiq qaydada həlli tədbirlərini müəyyən etməkdən ibarətdir.
Sakinlər tərəfindən avtomobil yollarının təmiri , elektrik təsərrüfatının yenilənməsi, qaz xəttinin çəkilişi və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib.
Sakinlərin təklif və problemlərini dinləyən rayon icra hakimiyyətinin başçısı qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib.







