Şriftin ölçüsü :

Saytın rəngi :

Şingədulan və Günəşli kəndlərində səyyar qəbul keçirilib

18 noyabr 2026 | 16:05

18 noyabr 2026-cı il tarixində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Şingədulan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Şingədulan, Durğan, Ağqışlaq, Küman, Laman, Zenoni, eləcə də Noda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Günəşli, Noda, Bilnə və Babagil kəndlərinin sakinləri ilə səyyar qəbul keçirib.

Səyyar qəbulda Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbər və nümayəndələri, həmçinin kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətindən, regionların, o cümlədən kənd yaşayış məntəqələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edib. Bildirib ki, ölkə rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşlarla yerlərdə mütəmadi görüşlərin keçirilməsi, onların gündəlik qayğı və problemlərinin öyrənilməsi, müraciətlərinə operativ münasibət göstərilməsi əsas fəaliyyət istiqamətlərindən biridir. Həmçinin qeyd edib ki, səyyar qəbulların keçirilməsində başlıca məqsəd sakinləri narahat edən məsələləri birbaşa onların öz dilindən dinləmək, mövcud problemlərin həlli yollarını müəyyənləşdirmək və aidiyyəti qurumların imkanlarından istifadə etməklə zəruri tədbirlərin görülməsini təmin etməkdir.

Daha sonra kənd sakinlərinin müraciətləri və təklifləri dinlənilib. Vətəndaşlar tərəfindən kənd yollarının təmiri və abadlaşdırılması, təbii qaz, elektrik enerjisi və digər kommunal xidmətlərlə təminat, eləcə də sakinləri narahat edən digər məsələlər diqqətə çatdırılıb.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı qaldırılan məsələlərin həlli ilə bağlı münasibət bildirərək, bəzi müraciətlərin yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi barədə aidiyyəti şəxslərə göstərişlər verib. Əlavə araşdırma tələb edən məsələlərin isə müvafiq qurumlarla birgə öyrənilərək qanunamüvafiq qaydada həlli istiqamətində tapşırıqlarını çatdırıb.

Keçidlər