Şingədulan kəndində səyyar görüş-qəbul keçirildi
Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev növbəti görüş-qəbulunu Şingədulan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan kəndlərinin sakinləri ilə keçirdi.
Səyyar qəbulda icra hakimiyyəti aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri iştirak edirdilər.
Görüşdə çıxış edən rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev ölkə başçısının yürütdüyü uğurlu sosial-iqtisadi siyasəti nəticəsində gündən-günə vətəndaşlarımızın rifah halının yaxşılaşdığı bildirdi. Sonra C.Baxşıyev Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın ətrafında sıx birləşərək tarixi torpaqlarımızı işğaldan azad etməsi, Qarabağda və Şərqi Zəngəzurda qısa zamanda görülmüş böyük bərpa-quruculuq işləri haqqında görüş iştirakçılarını məlumatlandırdı. Həmçinin, rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri, xüsusilə də, Şingədulan kənd İnzibati Ərazi Dairəsinə daxil olan yaşayış məntəqələrində görülmüş işləri kənd sakinlərinin diqqətinə çatdırdı.
Səyyar qəbulda vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qisminin həllinə yerindəcə köməklik göstərildi, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi. Həlli mərkəzi icra hakimiyyəti orqanlarından asılı olan məsələlərlə bağlı qeydlər aparıldı.