Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şingədulan kəndində sakinlərin müraciət və təklifləri dinlənilib

21 fevral 2024 | 18:04

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov 21 fevral 2024-cü il tarixində növbəti səyyar qəbulunu Şingədulan kəndində keçirib. Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri , Şingədulan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Şingədulan, Ağqışlaq, Durğan, Küman, Laman, və Zenoni kəndlərinin sakinləri iştirak edib.

Sakinlər tərəfindən elektrik təsərrüfatının yenilənməsi, qaz xəttinin çəkilişi, avtomobil yollarının təmiri və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib.

Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri problemlər ayrı-ayrılıqda dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumlara tapşırıqlar verilib.

Keçidlər