Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şəhidlərimizin xatirəsi anıldı

30 oktyabr 2022 | 21:20

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri ilə birlikdə Vətən müharibəsi şəhidləri, rayonun Lerik şəhərində Mövlanov Altay Tahir oğlunun, Orand kəndində Abdulov İdrət İbi oğlunun, Kəlvəz kəndində Tağıyev Ramiq Teymur oğlunun və Biləvər kəndində Azadlı Zabil Tələt oğlunun şəhadətə qovuşmasının ikinci ildönümü ilə əlaqədar məzarları ziyarət olunub, üzərlərinə gül dəstələri düzərək əziz xatirələri ehtiramla yad edilib.

Eyni zamanda Orand kəndində torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Mirhüseynov Natiq Balamirzə oğlu, Sadlxov Talışxan Xudakərim oğlu, Rzayev Əhəd Əskər oğlunun məzarları və şəhidlərin əziz xatirəsinə inşa edilmiş bulaq-abidə kompleksləri ziyarət olunub, üzərlərinə gül dəstələri düzərək xatirələri ehtiramla yad edilib.

Rayon icra hakimiyyətinin başçısı Ə.Abbasov mərasimlərdə iştirak edən şəhid ailə üzvləri ilə görüşüb, onlarla səmimi söhbət edib.

Keçidlər