Şəhidlərimizin şəhadətə qovuşmasının dördüncü ildönümü əlaqədar əziz xatirələri yad edilib
06 noyabr 2024-cü il tarixində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Milli Məclisin deputatı Vasif Qafarov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri ilə birlikdə torpaqlarımzın işğaldan azad edilməsi uğrunda canını fəda edən igid oğullarımızdan rayonun Günəşli kəndində Mövlanov Vüqar Tumarxan oğlunun və Bibiyani kəndində Fərziyev Balaş İltizam oğlunun şəhadətə qovuşmasının dördüncü ildönümü əlaqədar məzarları ziyarət olunub, üzərlərinə gül dəstələri düzərək əziz xatirələri ehtiramla yad edilib.
Qeyd edək ki, şəhid Vüqar Mövlanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə”, şəhid Balaş Fərziyev “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocəvəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunublar.