Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib
03 oktyabr 2024-cü il tarixində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri ilə birlikdə Vətən müharibəsi şəhidləri, rayonun Lerik şəhərində Vətən Müharibəsi Qəhrəmanı, mayor Heydərov Amid Rəbbil oğlunun, Livədirqə kəndində əsgər Şirvanov Davud Xeyrulla oğlunun şəhadətə qovuşmasının dördüncü ildönümü ilə əlaqədar məzarları üzərinə gül dəstələri düzərək əziz xatirələri ehtiramla yad edib.
Eyni zamanda Livədirqə kəndində ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Əkbərov Əmrah Şahid oğlu və Məmmədov Əbülfəz Ağaxan oğlunun məzarları ziyarət edilib.
Rayon icra hakimiyyətinin başçısı Ə.Abbasov mərasimlərdə iştirak edən şəhid ailə üzvləri ilə görüşüb, onlarla səmimi söhbət edib, qayğı və problemləri ilə maraqlanıb.