Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şəhidlərimizin əziz xatirəsi anılıb

07 oktyabr 2023 | 15:21

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri ilə birlikdə Vətən müharibəsi şəhidləri, rayonun Lerik şəhərində mayor Ağayev Ramil Mərdan  oğlunun, Çayrud kəndində əsgər Həmidli Cavanşir Namiq oğlunun və Amburdə  kəndində əsgər Babazadə Babazeynal Maqsud oğlunun şəhadətə qovuşmasının üçüncü ildönümü ilə əlaqədar məzarları ziyarət olunub, üzərlərinə gül dəstələri düzərək əziz xatirələri ehtiramla yad edilib.

Eyni zamanda Amburdərə kəndində torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Abdullayev Gülməmməd Şıxməmməd  oğlunun məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzərək xatirəsi ehtiramla yad edilib.

Rayon icra hakimiyyətinin başçısı Ə.Abbasov mərasimlərdə iştirak edən şəhid ailə üzvləri ilə görüşüb, onlarla səmimi söhbət edib, qayğı və problemləri ilə maraqlanıb.

Keçidlər