Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şəhidlərimiz Ağayev Cəlal, Fərziyev Balaş və Əhmədov Turalın anım günündə məzarları ziyarət edilib

04 noyabr 2022 | 20:08

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri ilə birlikdə Vətən müharibəsi şəhidləri, rayonun Kornadi kəndində Ağayev Cəlal Ağaverdi oğlunun, Bibiyani kəndində Fərziyev Balaş İltizam oğlunun şəhadətə qovuşmasının ikinci ildönümü və Ambu kəndində Əhmədov Tural Əkrəm oğlunun şəhadətə qovuşmasının ildönümü ilə əlaqədar məzarları ziyarət olunub, üzərlərinə gül dəstələri düzərək əziz xatirələri ehtiramla yad edilib.

Eyni zamanda torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Bibiyani kəndində Haşımov Tərzan Qəhrəman oğlunun, Ambu kəndində Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun məzarları və Peştətük kəndində şəhidlərin əziz xatirəsinə inşa edilmiş “Zəfər” abidə kompleksi ziyarət olunub, üzərlərinə gül dəstələri düzərək xatirələri yad edilib.

Rayon icra hakimiyyətinin başçısı Ə.Abbasov mərasimlərdə iştirak edən şəhid ailə üzvləri ilə görüşüb, onlarla səmimi söhbət edib, onların qayğı və problemləri ilə maraqlanıb.

Keçidlər