Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şəhidin doğum günündə məzarı və ailəsi ziyarət olundu

05 avqust 2022 | 15:09

05 avqust 2022-ci il tarixində Lerik şəhərində şəhid Altay Mövlanovun doğum günündə rayon icra hakimiyyətinin başçısı tərəfindən şəhidin ailəsi ziyarət edildi.

Öncə rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhər sakinləri ilə birlikdə şəhidin məzarını, Lerik şəhərində Elgün və Altay Mövlanov qardaşlarının əziz xatirəsinə inşa edilmiş bulaq kompleksini ziyarət edərək, üzərinə güllər düzdü.

Sonra rayon icra hakimiyyəti başçısı Ə.Abbasov şəhidin ailəsini ziyarət etdi, onların qayğı və problemləri  ilə maraqlandı.

Şəhidin valideyinləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

Keçidlər