Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şəhid Şəmistan Sadıxovun anım mərasimi keçirilib

13 sentyabr 2023 | 17:56

13 sentyabr  2023-cü il tarixdə Əvilə kəndində şəhid gizir Şəmistan Əbdülağa oğlu Sadıxovun il mərasimi keçirilib.

Şəhid Şəmistan Sadıxov 2022-ci il 13-ü sentyabrda genişmiqyaslı erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan qəhrəman şəhidlərdən biridir.

Şəhidin il mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təçkilat rəhbərləri, şəhid ailə üzvləri, şəhidin döyüş yoldaşları və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Eyni zamanda kənd qəbiristanlığında ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhid Sadıxov Şahin Xanhüseyn məzarı ziyarət edilib, üzərinə gül dəstələri düzülüb.

Sonra rayon icra hakimiyyəti başçısı Ə.Abbasov şəhidin ailəsinin yaşadığı evə gələrək onları ziyarət edib, qayğı və problemləri  ilə maraqlanıb.

Şəhidin atası Əbdülağa Sadıxov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə  şəhid Şəmistan Sadıxov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və "Vətən uğurunda" medalı ilə təltif olunmuşdur.

Keçidlər