Şəhid Sadiq Rəhimovun xatirəsi dördüncü ildönümündə yad edilib
Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən igid oğullarımızdan Rəhimov Sadiq Nadir oğlunun əziz xatirəsi şəhidlik zirvəsinə ucalmasının dördüncü ildönümündə anılıb.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri ilə birlikdə Vətən müharibəsi şəhidi, rayonun Veri Əliabadı kəndində Sadiq Rəhimovun şəhadətə qovuşmasının dördüncü ildönümü ilə əlaqədar məzarını ziyarət edib, üzərlərinə gül dəstələri düzərək əziz xatirəsi ehtiramla yad edib.
Rayon icra hakimiyyətinin başçısı Ə.Abbasov mərasimlərdə iştirak edən şəhid ailə üzvləri ilə görüşüb, onlarla səmimi söhbət edib, onların qayğı və problemləri ilə maraqlanıb.
Qeyd edək ki, şəhid Sadiq Rəhimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Fizulinin azad olunmasına görə”, “Xocəvəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.