Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şəhid Ramiq Tağıyevin əziz xatirəsi anılıb

31 oktyabr 2023 | 18:35

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri ilə birlikdə Kəlvəz kəndində Vətən müharibəsi şəhidi Tağıyev Ramiq Teymur oğlunun şəhadətə qovuşmasının üçüncü ildönümü ilə əlaqədar məzarını ziyarət edib, üzərinə gül dəstələri düzərək əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

Rayon icra hakimiyyətinin başçısı Ə.Abbasov şəhidin ailə üzvləri ilə görüşüb, onlarla səmimi söhbət edib, qayğı və problemləri ilə maraqlanıb.

Şəhidin atası Teymur Tağıyev şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə şəhid Ramiq Tağıyev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni  və "Vətən uğurunda", “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Keçidlər