Şəhid Ramil Ağayev və Çingiz Babayevin şəhadətinin 4-cü ildönümü anılıb
09 oktyabr 2024-cü il tarixində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri ilə birlikdə Vətən müharibəsi şəhidləri, rayonun Lerik şəhərində mayor Ağayev Ramil Mərdan oğlunun, Mistan kəndində əsgər Babayev Çingiz Sulduz oğlunun şəhadətə qovuşmasının dördüncü ildönümü ilə əlaqədar məzarları üzərinə gül dəstələri düzərək əziz xatirələri ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
Eyni zamanda Mistan kəndində torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vahabov Əliniyaz Əhmədəli oğlunun məzarı ziyarət edilib.
Rayon icra hakimiyyətinin başçısı Ə.Abbasov mərasimlərdə iştirak edən şəhid ailə üzvləri ilə görüşüb, onlarla səmimi söhbət edib, qayğı və problemləri ilə maraqlanıb.
Şəhid ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım minnətdarlıqlarını ifadə ediblər.