Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şəhid övladları ziyarət olunub

29 dekabr 2022 | 18:33

29 dekabr 2022-ci il tarixində rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə rayonun Livədirqə kəndində şəhid Şirvanov Davud Xeyrulla oğlunun, Ləkər kəndindən olan şəhid Talıbov Təbriz Məhərrəməli oğlunun Lənkəran şəhərində yaşayan övladları ilə görüşüb. Həmçinin Lerik şəhərindən olan və Lənkəran rayonu, Kiçik Bazar qəbiristanlığında dəfn olunmuş şəhid Talıbov Elnur Gəgiş oğlunun məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, ailəsinə baş çəkib qayğıları ilə maraqlanıb.

Rayon icra hakimiyyəti başçısı Ə.Abbasov şəhid ailə üzvlərini qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edərək ailələrə yeni ilə hədiyyələri və bayram sovqatı təqdim edib.

Şəhid ailə üzvləri onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər