Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şəhid Natiq Mirhüseynovun doğum günündə məzarı ziyarət olundu

25 avqust 2022 | 19:52

25 avqust 2022-ci il tarixində Orand kəndində şəhid Natiq Mirhüseynovun doğum günü münasibətilə rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin döyüş yoldaşları və kənd sakinləri ilə birlikdə şəhidin məzarını ziyarət edərək, gül dəstələri düzdü.

Sonra rayon icra hakimiyyəti başçısı Ə.Abbasov Orand kəndində şəhidlərin əziz xatirəsinə ucaldılmış bulaq kompleksini ziyarət edərək şəhidin atası ilə səmimi söhbət etdi, onların qayğı və problemləri  ilə maraqlandı.

Şəhidin atası şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

Keçidlər