Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şəhid, Mirhüseynov Natiq Balamirzə oğlunun xatirəsi yad edilib

30 yanvar 2023 | 15:14

30 yanvar 2023-cü il torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin - Mirhüseynov Natiq Balamirzə oğlunun şəhadətə ucaldığı gündən iki il ötür.

Şəhidin anım mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri və kənd sakinlərinin iştirakı ilə Orand kənd qəbiristanlığında Natiq Mirhüseynovun və digər şəhidlərin məzarları ziyarət olunub, qəbirüstü abidələri önünə gül dəstələri qoyulub.

Qeyd edək ki, şəhid Natiq Mirhüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub.

Keçidlər