Şəhid, kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun xatirəsi yad edilib
Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun şəhadətə ucaldığı gündən iki il ötür.
Şəhidin anım mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri və kənd sakinlərinin iştirakı ilə Ambu kənd qəbiristanlığında Əbülfəz Rəhmətovun və digər şəhidlərin məzarları ziyarət olunub, qəbirüstü abidələri önünə gül dəstələri qoyulub.
Qeyd edək ki, şəhid, kapitan Əbülfəz Rəhmətov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “3-cü dərəcəli vətənə xidmətə görə Rəşadət” ordeni, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.