Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şəhid, gizir Elnur Əsədullayevin doğum günü münasibətilə ailəsi ziyarət olundu

13 iyun 2022 | 12:34

2022-ci il iyunun 13-də şəhid gizir, Elnur Əsədullayevin doğum günü münasibətilə rayon rəhbərliyi şəhidin ailəsini ziyarət etdi.

Öncə rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhər sakinləri ilə birlikdə şəhidin məzarını, Lerik şəhərində xatirəsinə inşa edilmiş bulaq-abidə kompleksini ziyarət edərək, üzərinə gül-çiçək düzdülər.

Sonra rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən C.Baxşıyev şəhidin ailəsini ziyarət etdi, onların qayğı və problemləri  ilə maraqlandı.

Şəhidin valideyinləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Keçidlər