Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şəhid Firdovsi Tahirovun əziz xatirəsi anılıb

02 oktyabr 2023 | 17:05

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri ilə birlikdə Lerik rayonunun Dico kəndində Vətən müharibəsi şəhidi Tahirov Firdovsi Balaxan oğlunun şəhadətə qovuşmasının üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzərək əziz xatirəsi ehtiramla yad edilib.

Rayon icra hakimiyyətinin başçısı Ə.Abbasov şəhidin ailəsinin yaşadığı evə gələrək onları ziyarət edib, qayğı və problemləri  ilə maraqlanıb.

Qeyd edək ki, şəhid əsgər Firdovsi Tahirov Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərdiyinə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Keçidlər