Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şəhid Əliqismət Yaqublu və Elqaş Əliyevin xatirəsi ikinci ildönümündə anılıb

05 noyabr 2022 | 16:58

İllər ötsə də şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır, xatirələrinə dərin ehtiram bəslənilir.

Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən igid oğullarımızdan “Azərbaycan Bayrağı” ordenli, Xüsusi Təyinatlı Qüvvələrin zabiti Yaqublu Əliqismət Mükafat oğlunun və müddətdən artıq xidmət edən hərbi qulluqçu Əliyev Elqaş Barat oğlunun əziz xatirəsi şəhidlik zirvəsinə ucalmasının ikinci ildönümündə anılıb.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri ilə birlikdə Vətən müharibəsi şəhidləri, rayonun Kələxan kəndində Əliqismət Yaqublunun və Brkandul kəndində Elqaş Əliyevin şəhadətə qovuşmasının ikinci ildönümü ilə əlaqədar məzarları ziyarət olunub, üzərlərinə gül dəstələri düzərək əziz xatirələri ehtiramla yad edilib.

Eyni zamanda torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Brkandul kəndində Həsənov Zaid Şahverdi oğlunun və Nəciyev Ənvər Xosaxan oğlunun məzarları ziyarət olunub, üzərlərinə gül dəstələri düzərək xatirələri yad edilib.

Rayon icra hakimiyyətinin başçısı Ə.Abbasov mərasimlərdə iştirak edən şəhid ailə üzvləri ilə görüşüb, onlarla səmimi söhbət edib, onların qayğı və problemləri ilə maraqlanıb.

Keçidlər