Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şəhid Elgün Mövlanovun əziz xatirəsi anılıb

29 sentyabr 2023 | 04:17

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri ilə birlikdə Lerik şəhərində Vətən müharibəsi şəhidi Mövlanov Elgün Tahir oğlunun şəhadətə qovuşmasının üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzərək əziz xatirəsi ehtiramla yad edilib.

Rayon icra hakimiyyətinin başçısı Ə.Abbasov şəhidin ailəsinin yaşadığı evə gələrək onları ziyarət edib, qayğı və problemləri  ilə maraqlanıb.

Qeyd edək ki, şəhid Elgün Mövlanov Vətən müharibəsində göstərdiyi şücaətə görə Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Keçidlər