Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şəhid Çingiz Babayevin xatirəsi anılıb

10 oktyabr 2023 | 15:52

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri ilə birlikdə Mistan kəndində Vətən müharibəsi şəhidi, əsgər Babayev Çingiz Sulduz oğlunun şəhadətə qovuşmasının üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzərək əziz xatirəsi ehtiramla yad edilib.

Eyni zamanda Mistan kəndində torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vahabov Əliniyaz Əhmədəli oğlunun məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzərək xatirəsi ehtiramla yad edilib.

Sonra rayon icra hakimiyyəti başçısı Ə.Abbasov şəhidin ailəsinin yaşadığı evə gələrək onları ziyarət edib, qayğı və problemləri  ilə maraqlanıb.

Şəhidin anası Seving Babayeva şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə şəhid Çingiz Babayev ölümündən sonra "Vətən uğurunda", “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Keçidlər