Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şəhid Babazeynal Babazadənin doğum günündə ailəsi ziyarət olundu

01 iyul 2022 | 15:03

01 iyul 2022-ci il tarixində Amburdərə kəndində şəhid Babazeynal Babazadənin doğum günü münasibətilə rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kənd sakinləri ilə birlikdə şəhidin məzarını ziyarət etdi və üzərinə gül-çiçək düzdülər.

Sonra rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən C.Baxşıyev şəhidin ailəsini ziyarət etdi, onların qayğı və problemləri  ilə maraqlandı.

Şəhidin valideyinləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər