Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şəhid anaları və xanımları üçün tədbir keçirilib

04 mart 2023 | 18:30

04 mart 2023-cü il tarixində Lerik rayonu, “Relax” İstirahət Mərkəzində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid analarının, xanımlarının şərəfinə tədbir keçirilib.

Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı keçirilən tədbirdə şəhid anaları, bacıları, xanımları və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov başda şəhid anaları, şəhidlərin həyat yoldaşları olmaqla bütün Azərbaycan xanımlarını 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara ən xoş arzularını ifadə edib. Tarixin bütün dövrlərində Azərbaycan qadınının ağlı, təmkini, vəfası və yüksək analıq keyfiyyətləri ilə seçildiyini, zərifliyin, nəcibliyin, gözəlliyin rəmzi olduğunu qeyd edib. Birinci və İkinci Qarabağ müharibəsində canından keçən Vətən oğullarına Allahdan rəhmət diləyib, belə qəhrəmanları böyüdən bütün anaların qarşısında baş əydiyini, ölkə başçısı tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğının rayonumuzda da davam etdirildiyini bildirib.

Daha sonra şəhid analarına və digər qonaqlara söz verilib. Musiqi və rəqs nömrələri ilə davam edən tədbir şəhid ailəsindən olan xanımlara qazilərin hədiyyələr təqdim etməsi ilə başa çatıb.

Keçidlər