“Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib
16 aprel 2026 | 15:11
Lerik rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Aksiyada rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, rayon icra hakimiyyəti başçısı aparatının, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları və könüllülər iştirak ediblər.
Aksiya çərçivəsində Lerik-Qosmalıan-Kələxan avtomobil yolunun kənarlarında, rayonun digər ərazilərində ümumilikdə 500-ə yaxın həmişəyaşıl ağaclar və gül kolları əkilib. Yeni əkilən tinglər suvarılıb, mövcud ağacların dibi yumşaldılaraq onlara aqrotexniki qaydada qulluq göstərilib.
Qeyd edək ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində rayonda yaşıllaşdırma və abadlıq işləri ilboyu davam etdiriləcək.







