Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şair, dramaturq Xanlar Həmidin yaradıcılıq gecəsi keçirildi

03 iyun 2022 | 18:20

03 iyun 2022-ci ildə Lerik Rayon Mədəniyyət Mərkəzində Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şair, dramaturq Xanlar Həmidin yaradıcılıq gecəsinə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri Qafar Cəfərli, şair Xanlar Həmidin qələm yoldaşları, ağsaqqalar və rayon ictimaiyyəti iştirak edirdi.

Öncə tədbir iştirakçıları mədəniyyət evinin foyesində yazıçının kitablarından ibarət sərgi ilə tanış oldular.

Lerik Rayon Mədəniyyət Mərkəzinin iclas zalında davam etdirilən tədbirdə aparıcı tərəfindən şair Xanlar Həmidin həyat və yaradıcılığı haqqında qısa məlumat verildi.

Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev çıxış edərək qonaqları və tədbir iştirakçılarını salamladı. Şair Xanlar Həmid yaradıcılığı ilə yaxından tanış olduğunu bildirirək, onun yaradıcılığını yüksək qiymətləndirdiyini qeyd etdi və gələcək yaradıcılıq işlərində ona uğurlar arzuladı.

Şairin yaradıcılıq gecəsində Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri Qafar Cəfərli, Azərbaycan Yazıçılar Birliyi Lənkəran şöbəsinin üzvü, şair Ağamir Cavad, Yazıçılar Birliyinin üzvü, şair Balayar Sadiq, şairin həmkəndliləri filaloq Samir Kərimov, ziyalılar Ehtiram Miriyev və Mirzəxan Məmiyev çıxış edərək Xanlar Həmidin yaradıcılığını bəyəndiklərini bildirərək, onun şeirlərini oxudular.

Sonda şair, dramaturq Xanlar Həmid çıxış edərək onun haqqında deyilən xoş sözlərə görə təşəkürünü bildirdi. Yaradıcılığına verilən yüksək qiymətə görə rayon rəhbərliyinə və oxucularına minnətdarlığını ifadə etdi.

Keçidlər