Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

"Şahin" hərbi-idman oyununun iştirakçıları ilə görüş keçirildi

30 aprel 2022 | 15:58

30 aprel 2022-ci il tarixində Lerik Rayon İcra Hakimiyyətində "Şahin" hərbi-idman oyununun Cəlilabad şəhərində keçirilmiş regional zona  mərhələsində II yeri tutaraq Respublika mərhələsinə vəsiqə qazanmış Valeh İbrahimov adına Lerik şəhər İnteqrasiya Təlimli İnternat tipli gimnaziyanın komandası ilə görüş keçirildi.

"Şahin" hərbi-idman oyunları haqqında məlumat verən Lerik rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov ənənəvi olaraq hər il keçirilən "Şahin" hərbi-idman oyununun yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna rol oynadığını, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarına xidmətə hazırlanmasına kömək məqsədi daşıdığını bildirdi.

Görüşdə Lerik rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev “Şahin" hərbi-idman oyununun Cəlilabad şəhərində keçirilmiş regional zona yarışında II yeri tutaraq Respublika mərhələsinə vəsiqə qazanmış Lerik rayonunu təmsil edən Lerik şəhər İnteqrasiya Təlimli İnternat tipli gimnaziyanın komandasını təbrik edərək, bu qalibiyyətdə əməyi olan hər bir kəsə öz təşəkkürünü çatdırdı.  Bildirdi ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qarşıya qoyduğu vəzifələrin uğurlu icrasının, Ordu quruculuğuna göstərdiyi qayğı və diqqətin nəticəsidir ki, son illərdə yeniyetmə və gənclər arasında ordu sıralarında xidmət etməyə həvəs artmışdır. “Şahin” hərbi idman oyunlarının da keçirilməsində başlıca məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsini daha da artırmaq, şagirdləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdən ibarətdir. Natiq daha sonra yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsində hərbi-idman oyunlarının yeri və rolunun əvəzsiz olduğunu vurğuladı.

Görüşdə Leriki rayon İcra hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyi Lerik rayon filialının sədri Veysəl Məlikov çıxış edərək komanda üzvlərini təbrik etdi və onlara Respublika mərhələsində uğurlar arzuladılar.

Tədbirdə çıxış edən Lerik şəhər İnteqrasiya Təlimli İnternat tipli gimnaziyanın direktoru Asəf Bədəlov, hərbi rəhbər Mübariz Nəhmətov, komandanın üzvü Mərdi Amil  çıxış edərək təşəkkür etmiş və Respublika mərhələsində rayonumuzu layiqincə təmsil edəcəklərini bildirdilər.

Sonda qalib komandanın üzvlərinə diplomlar təqdim edildi.

Keçidlər