Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rvarud və Veri kəndlərində səyyar qəbul keçirilib

22 sentyabr 2022 | 18:37

Vətəndaşların problem və təkliflərinin yerindəcə dinlənilməsi və həll edilməsi məqsədilə növbəti səyyar görüş - qəbul Rvarud və Veri kəndlərinində keçirilib.

Səyyar qəbulda rayon icra hakimiyyəti başçısı aparatının, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilatlarının məsul şəxsləri, eləcə də kənd ictimaiyyəti iştirak edib.

Ölkə rəhbərliyinin müvafiq tapşırığına əsasən keçirlən vətəndaşların səyyar qəbulunda Əkbər Abbasov görüşdə vətəndaşların səsləndirdikləri problemləri ayrı-ayrılıqda dinləyib və onların həlli yollarının araşdırılması üçün müvafiq qurumlara tapşırıqlar verib.

Həmçinin rayon icra hakimiyyətinin başçısı ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinə inşa edilmiş Rvarud kəndində “Zirvə” və Veri kəndində “Şəhidlər Xiyabanı” xatirə komplekslərini ziyarət edib.

Keçidlər