Şriftin ölçüsü :

Saytın rəngi :

Rvarud və Pendi kəndlərində səyyar qəbul keçirilib.

23 sentyabr 2026 | 17:26

23 sentyabr 2026-cı il tarixində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Çayrud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Rvarud, Çayrud, Andurma, Piyəkücə, Anzolu, Təngəbin və  Mondigah kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin  Pendi, Monidigah, Həzovi, Nisli və Jindi kəndlərinin sakinləri ilə səyyar qəbul keçirib. Qəbulda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanları, əlaqədar təşkilatların rəhbər işçiləri iştirak edib.

İcra hakimiyyətinin başçısı ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq vətəndaşların səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və  qanunamüvafiq qaydada həlli tədbirlərini müəyyən etməkdən ibarətdir.

Sakinlərin təklif və problemlərini dinləyən rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib.

Keçidlər