Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Respublika fənn olimpiadalarında, “Ən yaxşı təqdimat” müsabiqəsində və “Şahin” hərbi-idman oyununun zona mərhələsində yüksək nəticə göstərmiş şagirdlərlə görüş keçirilib

27 may 2024 | 14:29

2024-cü il mayın 27-də Lerik Rayon İcra Hakimiyyəti başçısının respublika fənn olimpiadalarında, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində və “Şahin” hərbi-idman oyununun zona mərhələsində yüksək nəticə göstərmiş şagirdlərlə görüşü keçirilib.  

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov məktəbliləri əldə etdikləri yüksək nəticələrə görə təbrik edib. Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirdiyini diqqətə çatdıran rayon icra hakimiyyətinin başçısı bildirib ki, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən də Ulu Öndərin ənənələrinə sadiq qalaraq təhsilin inkişafı ilə əlaqədar mühüm tədbirlər həyata keçirilir, təhsil islahatlarının, təhsil haqqında qanunvericiliyin yerinə yetirilməsini daim diqqətdə saxlanılır.

Respublika fənn olimpiadasında Azərbaycan dili və ədəbiyyat fənləri üzrə bürünc medal qazanmış, eləcə də buraxılış imtahanında yüksək nəticə göstərmiş Arif Nuriyev adına Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyinin XI sinif şagirdi Fərəczadə Nübar Mübariz qızı, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində ikinci dərəcəli diploma layiq görülmüş Arif Nuriyev adına Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyinin X sinif şagirdi Məhərrəmzadə Xədicə Şaiq qızı, “Şahin” hərbi-idman oyununun zona mərhələsində birinci yeri tutmuş Valeh İbrahimov adına Lerik şəhər inteqrasiya təlimli internat tipli gimnaziyasının komandasının üzvü, gimnaziyanın X sinif şagirdi Şahiyev Əflatun Şahin oğlu və digərləri çıxış edərək gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitdən razılıqlarını, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə və görüşə görə icra hakimiyyətinin başçısına minnətdarlıqlarını bildiriblər.

Rayon icra hakimiyyətinin başçısı bir daha gəncləri təbrik edərək, onların savadlı, bilikli, bacarıqlı kadrlar kimi müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr vermələrini arzulayıb.

Yüksək nəticə göstərmiş şagirdlərə rayon icra hakimiyyətinin başçısı tərəfindən təşəkkürnamələr təqdim edilib, xatirə şəkli çəkdirilib.

Keçidlər