Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

“Rayonun sosial-iqtisadi, ictimai-mədəni, inkişafının prespektivləri” mövzusunda lerikli ziyalılarla görüş keçirilib

10 dekabr 2022 | 16:23

10 dekabr 2022-ci il tarixində rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov “rayonun sosial-iqtisadi, ictimai-mədəni inkişafının perspektivləri” mövsuzunda lerikli ziyalılarla görüş keçirib.

Tədbir Azərbaycan Respublikasının memarı, ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin sükutla yad edilməsi ilə başlayıb.

Görüşdə rayonun sosial-iqtisadi inkişafına nail olmaq, sahibkarların dəstəyilə sexlərin və iş yerlərinin yaradılması, kənd icmaları üçün həvəsləndirici tədbirlərin görülməsi, rayonunun prespektiv imkanlarından səmərəli istifadə edilməsi, rayon gənclərinin inkişafının dəstəklənməsi, yerli və xarici investorların rayona cəlb edilməsi və digər vacib mövzularda müzakirələr aparılıb.

Tədbir iştirakçıları tərəfindən səsləndirilən fikirlər istiqamətində geniş müzakirələrdən sonra, qeyd olunmuş məsələlərin icrası üçün işçi qrupu formalaşdırılıb.

Qeyd edək ki, rayon icra hakimiyyəti tərəfindən mövzu ətrafında görüşlərin davamlı olması nəzərdə tutulub.

Tədbirdə iştirak etmiş ziyalılar barədə məlumatla burdan tanış ola bilərsiniz.

 

Keçidlər