Rayonun Rvarud və Jindi kəndlərində səyyar qəbul keçirilib
Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov 10 sentyabr 2025-ci il tarixində Çayrud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Rvarud, Çayrud, Andurma, Piyəkücə, Anzolu, Təngəbin kəndlərinin və Mondigah kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Monidigah, Həzovi, Nisli, Jindi və Pendi kəndlərinin sakinləri ilə səyyar qəbul keçirib. Qəbulda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanları, əlaqədar təşkilatların rəhbər işçiləri iştirak edib.
İcra hakimiyyətinin başçısı ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq vətəndaşların səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və qanunamüvafiq qaydada həlli tədbirlərini müəyyən etməkdən ibarətdir.
Səyyar qəbulda vətəndaşların səsləndirdikləri problemlər dinlənilib və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumlara tapşırıqlar verilib.







