Rayonun Anzolu kəndində sakinlərin təklif və müraciətləri dinlənilib
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov 17 may 2023-cü il tarixində rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçilərinin iştirakı ilə Anzolu kəndində səyyar qəbul keçirib.
Qəbulda Çayrud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Anzolu, Çayrud, Andurma, Piyəkücə, Rvarud və Təngəbin kəndlərinin sakinləri iştirak edib.
Rayon icra hakimiyyəti başçısı qəbulda çıxış edərək bildirib ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən görüşlərdə əsas məqsəd mövcud vəziyyəti kənd sakinlərinin dilindən öyrənmək, həlli mümkün olan məsələləri yerində həll etmək və ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.
Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri problemlər ayrı-ayrılıqda dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumlara tapşırıqlar verilib.