Rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib
25 aprel “Sahibkarlar Günü” münasibətilə rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov rayonda fəaliyyət göstərən bir qrup sahibkarla görüşüb.
Görüşdə rayon icra hakimiyyətinin başçısı çıxış edərək sahibkarları 25 aprel “Sahibkarlar Günü” münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, Azərbaycan Respublikasında “Sahibkarlar Günü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2016-cı il tarixli Sərəncamı imzalanmışdır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında sahibkarlığın inkişafı ilə bağlı mühüm layihə və islahatlar həyata keçirilir, sahibkarların fəaliyyətinə daima diqqət və qayğı göstərilir.
Lerik rayonunda da kənd təsərrüfatının, turizmin və digər sahələrin inkişfı üçün rayon icra hakimiyyəti tərəfindən investisiya və biznes mühitinin yaxşılaşdırılması, həmçinin rayon iqtisadiyyatına daha geniş həcmdə özəl investisiyaların cəlb edilməsi istiqamətində mühüm tədbirlər görülür. Bundan sonra da qanun çərçivəsində fəaliyyəti artırmaq üçün sahibkarlara hər cür yardım göstəriləcəkdir.
Keçirilən görüşdə sahibkarların rəy və təklifləri dinlənilmiş, onları maraqlandıran suallar cavablandırılmış, mövcud problemlərin aradan qaldırılması yolları barədə ətraflı fikir mübadiləsi aparılmış və bir sıra məsələlər müzakirə olunmuşdur.
Sahibkarlar yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirib, rayon icra hakimiyyəti başçısı tərəfindən onların fəaliyyətlərinin daha da genişləndirilməsinə köməkik göstərilməsi istiqamətində atılan addımları yüksək qiymətləndiriblər.