Rayon icra hakimiyyətinin başçısı tərəfindən Zövnə kəndində səyyar qəbul keçirilib
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov 23 avqust 2023-cü il tarixində yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Zövnə kəndində səyyar qəbul keçirib.
Qəbuldan əvvəl rayon icra hakimiyyətinin başçısı Zövnə kəndində I Qarabağ müharibəsi şəhidi Kazımov Fərman Salman oğlunun məzarını və xatirəsinə inşa olunan bulaq kompleksini ziyarət edərək, önünə gül dəstələri düzüb.
Səyyar qəbulda Züvüc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Çeşman, Züvüc, Zövnə və Arta kəndlərinin sakinləri iştirak edib.
Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov kənd sakinlərinin şikayət və təkliflərini dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.