Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyətinin başçısı tərəfindən Çayrud kəndində səyyar görüş-qəbul keçirilib

07 dekabr 2022 | 17:09

Lerik Rayon İcra Hakimiyyətinin başçısının 2022-ci ilin yerlərdə keçirəcəyi səyyar qəbullara dair qrafikə uyğun olaraq rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov 07 dekabr 2022-ci il tarixində Çayrud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Çayrud, Rvarud, Andurma, Anzolu, Piyəkücə və Təngəbin kəndlərinin sakinləri ilə səyyar-görüş keçirib.

Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri iştirak ediblər.

Səyyar qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib, onları narahat edən məsələlərin bəziləri yerində öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər ilə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib.

Keçidlər