Rayon icra hakimiyyətinin başçısı tərəfindən Büzeyir kəndində səyyar görüş-qəbul keçirilib
Lerik Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçilərinin iştirakı ilə Büzeyir kəndində səyyar qəbul keçirib. Qəbulda Pirəsora kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Pirəsora və Büzeyir kəndlərinin sakinləri iştirak edib.
Rayon icra hakimiyyəti başçısı qəbulda çıxış edərək bildirib ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən görüşlərdə əsas məqsəd mövcud vəziyyəti kənd sakinlərinin dilindən öyrənmək, həlli mümkün olan məsələləri yerində həll etmək və ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.
Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri problemlər ayrı-ayrılıqda dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumlara tapşırıqlar verilib.