Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyətinin başçısı tərəfindən Aşağı Amburdərə kəndində səyyar görüş-qəbul keçirilib

13 dekabr 2023 | 17:27

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və əlaqədar təşkilatların rəhbər işçiləri ilə birlikdə Aşağı Amburdərə kəndində səyyar qəbul keçirib.

Qəbulda Kələxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Aşağı Amburdərə, Göydərə, Hilədərə, Hüseynabad, Xocadoy, Kələxan, Kəlvəz, Qışlaq, Məhləabad  və  Yuxarı Amburdərə kəndlərinin sakinləri iştirak edib.

Qəbulda rayon icra hakimiyyətinin başçısı ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq vətəndaşların səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və  qanunamüvafiq qaydada həlli tədbirlərini müəyyən etməkdir.

Sonra kənd sakinlərinin şikayət və təklifləri dinlənilib. Sakinlər ərazinin qazlaşmayan kəndlərinə qaz xəttinin çəkilməsi, suvarma suyu ilə təchizatın yaxşılaşdırılması məqsədi ilə sututarlarının yaradılması, avtomobil yollarının təmiri və digər müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov kənd sakinlərini narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.

Keçidlər