Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyətinin başçısı şəhidlərin anım günündə məzarlarını ziyarət edib

07 noyabr 2023 | 14:45

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri ilə birlikdə vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən igid oğullarımızdan rayonun Bibiyani kəndində Fərziyev Balaş İltizam oğlunun, Vov kəndində Hüseynov Samir Əlizadə oğlunun və Hovil kəndində İbrahimov İmaməli Elman oğlunun şəhadətə qovuşmasının üçüncü ildönümü ilə əlaqədar məzarları ziyarət olunub, üzərlərinə gül dəstələri düzərək əziz xatirələri ehtiramla yad edilib.

Eyni zamanda Bibiyani kənd kənd qəbiristanlığında Vətən müharibəsi şəhidi Haşımov Tərzan Qəhraman oğlunun və Vov kənd qəbiristanlığında I Qarabağ müharibəsi şəhidi Babayev Rakif Calal oğlunun məzarı ziyarət olunub.

Rayon icra hakimiyyətinin başçısı Ə.Abbasov mərasimlərdə iştirak edən şəhid ailə üzvləri ilə görüşüb, onlarla səmimi söhbət edib, onların qayğı və problemləri ilə maraqlanıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə şəhid Balaş Fərziyev “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocəvəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları,  Samir Hüseynov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Xocəvəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və İmaməli İbrahimov 3-cü dərəcəli “Vətənə xidmətə görə”, “Vətən uğrunda”,   “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Keçidlər