Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyətinin başçısı şəhidlərin 40 mərasimlərində iştirak edib

29 oktyabr 2023 | 10:00

2023-cü ilin sentyabr ayında Qarabağda aparılan “antiterror əməliyyatları”nda  qəhrəmancasına şəhid olmuş Lerik rayonunun Soru kəndində Əliyev Zahir Sədi oğlunun və Tikəband kəndində Vəlizadə Rəşad Rasim oğlunun 40 mərasimləri keçirilib.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər, ruhlarına dualar oxunub.

Şəhid ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər