Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyətinin başçısı şəhid Cavad Məhərrəmovun 40 mərasimində iştirak edib

31 oktyabr 2023 | 18:37

2023-cü ilin sentyabr ayında Qarabağda aparılan “antiterror əməliyyatları”nda  qəhrəmancasına şəhid olmuş Məhərrəmov Cavad Sadiq oğlunun 40 mərasimi keçirilib.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri rayonun Almu kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla anıb, ruhuna dualar oxuyublar.

Eyni zamanda Almu kəndində torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Tahirli Natiq Namiq oğlu və Məlikov Vüsal Bəxtiyar oğlunun məzarları ziyarət olunub, üzərlərinə gül dəstələri düzərək xatirələri ehtiramla yad edilib.

Rayon icra hakimiyyətinin başçısı Ə.Abbasov şəhidin ailə üzvləri ilə görüşüb, onlarla səmimi söhbət edib, qayğı və problemləri ilə maraqlanıb.

Keçidlər