Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyətinin başçısı növbəti səyyar qəbulu Nuravud kəndində keçirib

10 noyabr 2022 | 19:41

Lerik Rayon İcra Hakimiyyəti başçısının 2022-ci ilin noyabr ayında yerlərdə keçirəcəyi səyyar qəbullara dair qrafikə uyğun olaraq rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov 10 noyabr 2022-ci il tarixində Nuravud kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirib.

Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri iştirak ediblər.

Görüşdə çıxış edən rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov görüş iştirakçılarını salamlayaraq bu günlərədə böyük qürur hissi ilə qeyd edilən bayramlar, Zəfər Günü və Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib. Bildirib ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullarda əsas məqsəd yerlərdəki mövcud vəziyyəti sakinlərin dilindən öyrənərək həlli mümkün olan məsələləri yerində həll etmək, ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.

Qəbulda rayon icra hakimiyyəti başçısının Nuravud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi çıxış edərək kənd inzibati dairəsinə daxil olna kəndlərdə görülmüş işlər barədə məlumat verib.

Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri problemlər ayrı-ayrılıqda dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunub və müvafiq qurumlara tapşırıqlar verilib.

Keçidlər