Rayon icra hakimiyyətinin başçısı Hovil kəndində şəhid İbrahimov İmaməlinin və Vov kəndində şəhid Hüseynov Samirin məzarlarını ziyarət edib
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri ilə birlikdə vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən igid oğullarımızdan Hovil kəndində İbrahimov İmaməli Elman oğlunun və Vov kəndində Hüseynov Samir Əlizadə oğlunun şəhadətə qovuşmasının dördüncü ildönümü ilə əlaqədar məzarlarını ziyarət edib, əziz xatirələri ehtiramla yad ediblər.
Rayon icra hakimiyyətinin başçısı Ə.Abbasov mərasimlərdə iştirak edən şəhid ailə üzvləri ilə görüşüb, onlarla səmimi söhbət edib, onların qayğı və problemləri ilə maraqlanıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə şəhid İmaməli İbrahimov 3-cü dərəcəli “Vətənə xidmətə görə”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları, şəhid Samir Hüseynov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Xocəvəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və ilə təltif olunmuşdur.