Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasovun Züvüc və Osyodərə kəndlərində səyyar görüş-qəbulu keçirildi

29 iyul 2022 | 15:31

Lerik Rayon İcra Hakimiyyəti başçısının 2022-ci ilin iyul ayında yerlərdə keçirəcəyi səyyar qəbullara dair qrafikə uyğun olaraq rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov 29 iyul 2022-ci il tarixində Osyodərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Osyodərə, Bülüdül, Biləvər, Şivlə, Xanəgah, Gendov, Geskon və Züvüc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Züvüc, Zövnə, Çeşman və Arta kəndlərinin sakinləri ilə səyyar-görüş keçirdi.

Səyyar görüş-qəbulda icra hakimiyyəti aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri iştirak edirdilər.

Rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov görüş iştirakçılarını salamladı və bildirdi ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun olaraq bu gün sizlərlə görüşürük. Görüşlərdə əsas məqsəd kənddəki mövcud vəziyyəti kənd sakinlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri yerində həll etmək, ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.

Səyyar görüş-qəbulda kənd sakinləri bir sıra məsələlərlə bağlı rəy və təkliflərini bildirdilər. Səsləndirilən hər bir təklif və şikayətlərin araşdırılması və icrasına nail olmaq məqsədilə görüləcək tədbirlər qeyd olundu və müvafiq qurumlara tapşırıqlar verildi.

Rayon rəhbəri Züvüc kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Tahirli Şahin Afat oğlunun xatirəsinə inşa edilmiş bulaq kompleksini ziyarət etdi, şəhidin atası ilə səmimi söhbət edərək, problemləri ilə maraqlandı.

Keçidlər