Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasovun Loda kəndində səyyar görüş-qəbulu keçirilib

21 dekabr 2022 | 18:59

21 dekabr 2022-ci il tarixində rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov Loda kəndində Tülüconu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Conu, Hübi, Qəvoy, Qışlaq, Loda, Vıjaker, Vılık və Tülü kəndlərinin sakinləri ilə səyyar görüş-qəbul keçirib.

Səyyar görüş-qəbulda icra hakimiyyəti aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri iştirak ediblər.

Qəbulda vətəndaşıların təklif, müraciət və şikayətləri rayon rəhbəri tərəfindən dinlənilib. Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Rayon rəhbəri Loda kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Əliyev Gündüz Etibar oğlunun xatirəsinə inşa edilmiş bulaq kompleksini ziyarət edib, şəhidin valideyinləri ilə görüşərək problemləri ilə maraqlanıb.

Keçidlər