Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov şəhid Vüsal Məlikovun 40 mərasimində iştirak edib

25 oktyabr 2022 | 17:16

13-ü sentyabrda genişmiqyaslı erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan rayonun Almu kənd sakini, leytenant Məlikov Vüsal Bəxtiyar oğlunun 40 mərasimi keçirilib.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Eyni zamanda kənd qəbiristanlığında ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhid Natiq Namiq oğlu Tahirlinin məzarı ziyarət edilib, üzərinə gül dəstələri düzülüb.

Şəhidin atası Bəxtiyar Məlikov və ailə üzvləri ilə görüşən rayon rəhbəri onlara başsağlığı verərək, bütün şəhidlərimiz kimi, Vüsal Məlikovun xatirəsinin də hər zaman əziz tutulacağını və daim qəlblərdə yaşayacağını bildirib.

Keçidlər