Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov rayonun Qışlaq və Bobla kəndlərində səyyar qəbul keçirib
Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov 03 iyul 2025-ci il tarixində Qışlaq və Bobla kəndlərində səyyar qəbul keçirib.
Səyyar qəbulda RİH başçısı aparatının, rayonun aidiyyəti təşkilatlarının məsul şəxsləri, eləcə də Piran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qışlaq, Piran, Zərigüməco kəndlərinin və Bürsülüm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Bobla, Bürsülüm, Ancəqov, Ləkər, Nosovyədi, Vənədi, Vov və Zeynəko kəndlərinin sakinləri iştirak edib.
Qəbulda çıxış edən rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov bildirib ki, səyyar görüşlərdə əsas məqsəd kəndlərdəki mövcud vəziyyəti sakinlərin dilindən öyrənərək həlli mümkün olan məsələləri yerində həll etmək, ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.
Səyyar qəbullarda vətəndaşların problem və təklifləri dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumlara tapşırıqlar verilib.







