Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov rayonun Orand və Nuravud kəndlərində növbəti səyyar qəbulunu keçirib

12 avqust 2026 | 16:28

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov 12 avqust 2026-cı il tarixində Orand kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Orand və Nuravud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Nuravud, Köhnə Orand, Sorsçay və Zərdəbərə kəndlərinin sakinləri ilə səyyar-görüş keçirib.

İcra hakimiyyətinin başçısı ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq vətəndaşların səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və  qanunamüvafiq qaydada həlli tədbirlərini müəyyən etməkdən ibarətdir.

Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri problemlər ayrı-ayrılıqda dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Keçidlər